xəbərlər

Məktəblilər Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirində iştirak etmişdir

30.11.2022

30 noyabr 2022-ci il tarixində Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin əməkdaşları və polis veteranlarının iştirakı ilə M.Şəhriyar adına 193 nömrəli orta məktəbin IX-XI sinif şagirdləri Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirində iştirak etmişdir.
Şagirdlər 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, daxili işlər orqanları əməkdaşlarının qanunların və insan haqlarının qorunması, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi kimi şərəfli xidmətin və xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, eyni zamanda, qəbul qaydaları barədə məlumatlandırılmış, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanarla tanış edilmişlər.
Sonda qonaqlarla xatirə şəkli çəkilmiş və onlara Akademiya barəsində bukletlər təqdim edilmişdir.


 

Geriyə | Çap versiyası