xəbərlər

DİN-in Polis Akademiyasının kursantları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

02.12.2022

  02 dekabr 2022-ci il tarixində   DİN-in Polis Akademiyasının Əyani fakültəsi I kurs IV taqım kursantları  polis polkovnik-leytenantı Fariz Yusifovun  rəhbərliyi ilə Hacı Zeynalabdin Tağıyev adına Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.

Muzeyin bələdçisi şəxsi heyəti müşayiət edərək eksponatlar barədə ətraflı məlumat verib. Bələdçi 9 otaqdan ibarət Milli Azərbaycan Tarixi Muzeyində əvvəlcə Hacı Zeynalabdin Tağıyevin iş kabineti və ordakı əşyaları – kitab şkafı, yazı masası, ailəvi fotoalbom, həmçinin Z.Tağıyevin kabinetində İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacar, Rusiya imperatoru II Nikolay və onun xanımı Aleksandra Fyodorovnanın portretləri, Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri haqqında şəxsi heyətə geniş məlumatlandırıb. Muzeyin Şərq zalında tavanların xüsusi zövqlə bəzədilməsi,  Quran ayələrinin yazılması və bu işləmələrə 9 kiloqram qızıl istifadə olunması kursantların diqqətini xüsusilə cəlb edib.  Kursantlar sütunlu tağlar, kitabxana, H.Z.Tağıyevin həyat yoldaşı Sona xanıma məxsus otaqla da tanış olublar.
Muzeylə tanışlıqdan sonra xatirə şəkili çəkdirərək ekspozisiyaya yekun vurulmuşdur.  


 

Geriyə | Çap versiyası