xəbərlər
Polis Akademiyasının nümayəndəsi Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasında onlayn formatda təşkil olunmuş beynəlxalq elmi laboratoriyanın iclasında iştirak etmişdir
15.12.2022
15 dekabr 2022-ci il tarixində Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasında Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Daxili İşlər Nazirliyinin Təhsil Təşkilatları Assosiasiyasının nəzdində daxili işlər orqanlarının rəhbər kadrlarının hazırlanması üzrə sosial-hüquqi tədqiqatlar beynəlxalq elmi laboratoriyasının iclasında DİN-in Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov iştirak etmişdir.
Açılışı Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasının rəis müavini L.N.Bodenin nitqi ilə başlayan iclasın məqsədi MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirliyinin təhsil təşkilatları tərəfindən DİO-nun rəhbər kadrlarının hazırlanmasına dair aparılan elmi-tədqiqat işlərinin məlumat mübadiləsi və 2023-cü il üçün iş planının təsdiqi olmuşdur.
İclasda Rusiya Federasiyası DİN-in İdarəçilik Akademiyasının elmi-tədqiqat mərkəzinin əməkdaşları tərəfindən fundamental elmi tədqiqat işlərinin gedişi və nəticələri haqqında "Rusiya Federasiyasının daxili işlər orqanlarının fəaliyyətinin elmi təminatı sisteminin təkmilləşdirilməsi", "Pandemiya zamanı rəqəmsal texnologiyalardan istifadə etməklə Rusiya Federasiyasının daxili işlər orqanlarında psixoloji iş”, “İctimai gərginlik, vətəndaşların təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyəti” mövzularında çıxışlar edilmiş, Beynəlxalq elmi laboratoriyanın 2023-cü il üçün növbəti iş planı müzakirə edilmişdir.