xəbərlər

Polis Akademiyasında Cüdo idman növü üzrə Akademiya birinciliyi keçirilib

15.12.2022

15 dekabr 2022-ci il tarixində Polis Akademiyasında Cüdo idman növü üzrə kursantlar arasında fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də bu idman növünə həvəsin artırılması məqsədilə Akademiya birinciliyi keçirilib. Yarışın açılışında şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dövlət himni səsləndikdən sonra Fiziki hazırlıq kafedrasının rəisi, polis polkovniki İlham Hüseynov yarış iştirakçılarına rəhbərlik adından uğurlar arzu edərək yarışı açıq elan etdi. Yarış zamanı 66 kq çəki dərəcəsinin final görüşündə I kurs kursantı Fərrux Məmmədov geriyə düşməsinə baxmayaraq əsas vaxtın bitməsinə saniyələr qalmış hesabı bərabərləşdirərək görüşü tamamlamış və ümumilikdə 9 dəqiqə 36 saniyə davam etmiş gərgin mübarizədən sonunda qalib gəlmişdir.

Nəticədə 60 kq çəkidə I kurs kursantı Mahmud Bilallı, 66 kq çəkidə II kurs kursantı Fərrux Məmmədov, 73 kq çəkidə V kurs kursantı Rəvan Bayramzadə və 73 kq çəki üzərində V kurs kursantı Ülvi Məmmədov birinci yerlərə layiq görülmüşlər. Keçirilən yarışda qonaq qismində Cüdo idman növü üzrə dünya və Avropa mükafatçısı Kənan Qasımov iştirak edərək final görüşlərində hakimlik etmişdir.
Yarışın sonunda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mukafatlandırılıblar.


 

Geriyə | Çap versiyası