xəbərlər

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş Viktorina

16.12.2022

         16 dekabr 2022-ci il tarixdə Polis Akademiyasının Qiyabi təhsil fakültəsinin və “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının birgə təşkilatçılığı  ilə ll kurs ali təhsilli dinləyiciləri arasında “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş Viktorina keçirilmişdir. 

         Bilik müsabiqəsini giriş sözü ilə açan Qiyabi təhsil fakültəsinin rəisi, polis polkovniki Mahir Xalıqov dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliliyinin yaradılmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin rolunu qeyd edərək bu bayram münasibətilə dinləyicilər arasında keçirilən müxtəlif bilik yarışmalarının artıq bir ənənəyə cevirilməsini müsbət hal kimi vurğulamışdır.

          Müsabiqədə hər birində dörd dinləyici olmaqla dörd komanda iştirak etmişdir. Komandalar müəyyən olunmuş vaxt ərzində verilən sualları cavablandırmış, eləcə də əlavə mövzular üzrə çıxışlar etmişlər.
         Müsabiqənin yekununda Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov dinləyicilərə məzmunlu bilik əldə edilməsi istiqamətində öz tövsiyyələrini vermişdir.  
Sonda müsabiqənin qalibləri elan olunaraq diplomlarla mükafatlandırılmışlar.


 
 

Geriyə | Çap versiyası