xəbərlər

Polis Akademiyasının kursantı “Taekvondo” idman növü üzrə ilk dəfə olaraq bürünc medala layiq görülmüşdür

24.12.2022

23-24 dekabr 2022-ci il tarixlərində Abşeron Olimpiya İdman Kompleksində “Taekvondo” idman növü üzrə yeniyetmə, gənclər və kişilər arasında Azərbaycan çempionatı keçirilmişdir. Sözügedən yarışda Polis Akademiyasının kursantları ilə birgə ümumi 126 nəfər idmançı iştirak etmişdir. Bu yarışda iştirak etmək üçün Dinamo İdman Cəmiyyətində Taekvondo idman növündən yığma komandanın məşqçisi Səbuhi İsmayılzadə Polis Akademiyasının kursantlarına yaxından dəstək olmuşdur.

Nəticədə I kurs kursantı Nihad Həsənov 80 kq çəki dərəcəsində öz qüvvəsini sınamış və Polis Akademiyasında ilk dəfə olaraq Olimpiya idman növündə ölkə çempionatında (böyük yaş kateqoriyasında) bürünc medala layiq görülmüş və milli komandanın tərkibinə dəvət alaraq böyük bir uğur qazanmışdır.
Qeyd olunan tədbirdə Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Hikmət Alışov kursant Nihad Həsənovun hazırlıq səviyyəsinin artırılmasında fəal iştirak etmişdir.

 
 

Geriyə | Çap versiyası