xəbərlər

“Cüdo” idman növü üzrə DİN-birinciliyi yarışında Polis Akademiyasının yığma komandası II yerin sahibi olmuşdur

24.12.2022

23-24 dekabr 2022-ci il tarixlərində DİN-in İdman Cəmiyyətində “Cüdo” idman növü üzrə DİN-birinciliyi yarışı keçirilmişdir. Sözügedən yarışda Polis Akademiyası ilə birgə 8 yığma komandası və ümumi 64 nəfər idmançı iştirak etmişdir. Yarış zamanı I kurs kursantları bütün rəqiblərini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Çempion” adını qazanmışdır.

Yarışda I kurs kursantları Mahmud Bilallı 60 kq, İlkin Mehralıyev 73 kq çəki dərəcəsində I yer, I kurs kursantı Fərrux Məmmədov 66 kq çəki dərəcəsində II yer, I kurs kursantı Rəhman Əsgərli 66 kq və V kurs kursantı Fəhmin İsayev 100 kq çəki dərəcəsində III yerə layiq görülmüşlər. Eyni zamanda DİN-in Polis Akademiyasının komandasını bu yarışa hazırlayan Fiziki hazırlıq kafedrasının müəllimi, polis baş leytenantı Hikmət Alışov yarışda özüdə iştirak edərək 100 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür.

Şəxsi birincilikdə medalların sayına görə Polis Akademiyasının yığma komandası II yerin sahibi olmuşdur. Yarışda qalib olmuş idmançılara medal və qiymətli hədiyyələrlə Bakı şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə rəis müavini, polis general-mayoru Sərdar Səfərov və DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova təqdim etmiş və bundan sonra keçiriləcək yarışlarda uğurlar arzulamışlar.
 
 
 

Geriyə | Çap versiyası