xəbərlər

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir

28.12.2022

Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviqlə bağlı təbliğat xarakterli tədbirlərin davamı olaraq 28 dekabr 2022-ci il tarixində Azərbaycanın Abşeron rayonundakı Zəngilan Şəhərciyində yerəşən Mədəniyyət evində IX-XI sinif şagirdləri ilə və müəllimləri ilə görüş keçirilmişdir. Keçirilən görüşdə DİN-in Polis Akademiyasının Dil Hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və Zəngilan Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi və digər əməkdaşları iştirak etmişdir.

Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılmışdır.

Keçirilən tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi Elçin Orucov şagirdləri salamlayıb və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks elətdirən qısa metrajlı tanıtım videoçarxı göstərilmiş, akademiyaya dair lifletlər paylanmışdır. Daha sonra ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı abituriyentlərin suallarını cavablandıran polis polkovnik-leytenantı orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışıb.
Keçirilən görüşün sonunda şagirdlərin sualları cavablandırılmışdır.
 
 
 
 
 
 
 
 
Geriyə | Çap versiyası