xəbərlər

DİN in Polis Akademiyasında “Ən sərrast atıcı” adlı yarış keçirilmişdir.

10.01.2023

 Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsilə bağlı Polis Akademiyasında 9-11 yanvar 2023-cü il tarixlərində əyani təhsil üzrə III və IV kurs kursantları ilə “Ən sərrast atıcı“ adı uğrunda şəxsi birincilik üzrə yarış keçirilmişdir. Yarışın açılışı Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti-döyüş tapşırıqlarını yerinə yetirən zaman həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Dövlət Himni səsləndirildikdən sonra Hərbi kafedra tərəfindən yarışın qaydaları və şərtləri barədə iştirakçılar məlumatlandırılmışdır. Yarışın qaydaları və şərtlərinə əsasən kursantlar tərəfindən yerinə yetirilən tapşırıq tapançadan atış üzrə ilkin vərdişlərə və dəqiq nişan almaq taktikasına yiyələnmə məqsədilə yerindən gündüz hədəfinə cüt əllə atəş açmağın öyrədilməsi olmuşdur.

Münsiflər heyətinin rəyinə əsasən şəxsi birincilikdə I yerə IV kurs 1-ci taqım kursantı Süleymanlı Turqut Emin oğlu, II yerə III kurs VII-ci taqım kursantı Ənvərzadə Qamət Yaşar oğlu, III yerə  isə III kurs VIII-ci taqım kursantı Hüseynli Polad Tariyel oğlu layiq görülmüşdür.
Tədbirin yekununda qalib kursantlara diplom, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.
 
 

Geriyə | Çap versiyası