xəbərlər

Polis Akademiyasının müəllimi “Elmi kitab” adlı beynəlxalq müsabiqədə üçüncü yerin qalibi olub

17.01.2023

 Rusiya Federasiyası DİN-in İdarəetmə Akademiyası tərəfindən elmi tədqiqatların nəticələrinin yayılması, həmçinin xarici dövlətlərin elm və təhsil müəssisələrinin elmi məktəbləri və müəlliflər kollektivləri arasında elmi-yaradıcılıq əlaqələrinin inkişafı məqsədilə hər il “Elmi kitab” adlı beynəlxalq müsabiqə keçirilir.

 Beynəlxalq müsabiqədə MDB-nin iştirakçı dövlətlərin daxili işlər orqanlarının rəhbər heyətinin hazırlığı, yenidən hazırlanması və ixtisasartırması üzrə ali təhsil müəssisələrinin Assosiyasiya üzvləri və elmi təhsil müəssisələri elmi əməkdaşları iştirak etmək hüququna malikdirlər. Beynəlxalq müsabiqə hüquq elmləri pedaqogika, psixologiya, humanitar, sosial və iqtisadi elmlər istiqamətləri üzrə keçirilib.

RF-nin DİN-in İdarəetmə Akademiyası tərəfindən keçirilən “Elmi kitab” beynəlxalq müsabiqəsində Azərbaycan Respublikasını DİN-in Polis Akademiyasının DİO-nun inzibati fəaliyyəti kafedrasaının dosenti, h.ü.f.d., polis polkovniki, dosent Şahin Şükürov təmsil edib.  Ekspert komissiyasının qərarına əsasən Ş.Şükürovun “Terrorçuluqla mübarizədə hüquqi əsaslar” adlı analitik materialı Milli Təhlükəsizlik nominasiyası üzrə üçüncü yer diplomu ilə təltif olunub.



Geriyə | Çap versiyası