xəbərlər

Şagirdlərin “Açıq qapı” tədbirlərində fəal iştirakı Polis Akademiyasına artan marağın təzahürüdür

27.01.2023

Tədris bazasının səviyyəsi və verilən təhsilin keyfiyyətinə görə xüsusi təyinatlı ali təhsil müəssisələri arasında xüsusi yeri olan Polis Akademiyasında təhsil almaq arzusunda olan ümumtəhsil müəssisələrinin şagirdləri üçün “Açıq qapı” tədbirləri davam etdirilir.

27 yanvar 2023-cü il tarixində “Açıq qapı” tədbirinin növbəti qonağı Bakı şəhərinin Nizami rayonunda yerləşən 109 saylı tam orta məktəbin X sinif şagirdləri olmuşdur. Şagirdlər 100 illik şanlı tarixə malik təhsil müəssisəmizdə həyata keçirilən təlim-tədris prosesi, daxili işlər orqanları əməkdaşlarının qanunların və insan haqlarının qorunması, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi kimi şərəfli xidmətin və xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Polis Akademiyasında ali hüquq təhsili almağın üstünlükləri, eyni zamanda qəbul qaydaları barədə məlumatlandırılmış, Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları, kitabxana və yataqxanarla tanış edilmişlər.
Sonda qonaqlarla xatirə şəkli çəkilmiş və onlara Akademiya barəsində lifletlər təqdim edilmişdir.
 
 
 

Geriyə | Çap versiyası