xəbərlər

Polis Akademiyası “Açıq qapı” tədbirinin növbəti qonaqlarını qəbul etdi

07.02.2023

 Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair DİN-in təsdiq etdiyi tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Polis Akademiyasında silsilə tədbirlər davam etdirilir.
 07 fevral 2023-cü il tarixində “Açıq qapı” tədbirinin növbəti qonağı Nəsimi rayonunda yerləşən İlyas Əfəndiyev adına Elitar gimnaziyanın rəhbər heyəti, 10 və 11-ci siniflərin şagirdləri olmuşdur.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana  və yataqxana ilə tanış edilmişdir. Bundan əlavə, onlara Polis Akademiyası haqqında ətraflı məlumat verilmiş, akademiyaya qəbul qaydaları izah edilmiş, Polis Akademiyasının 100 illiyinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.
Sonda qonaqlarla xatirə şəkilləri çəkilmiş, onlara Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər və hədiyyələr təqdim olunmuşdur.
 
 
 
 

Geriyə | Çap versiyası