xəbərlər

Polis Akademiyasında Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsinə dair mühazirə oxunmuşdur.

24.02.2023

 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədbirlər planına əsasən “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 24 fevral 2023-cü il tarixində DİN-in Şəxsi Heyətlə İş İdarəsinin təşkilatçılığı ilə Polis Akademiyasında tədbir keçirilmişdir. Keçirilən tədbirdə Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov tərəfindən Akademiyanın şəxsi heyəti və kursantları üçün Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsinə dair mühazirə oxunmuşdur. Tədbirdə DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəis müavini polis polkovniki Elşən Əhmədov və həmin idarənin inspektoru, polis baş leytenantı Yasəf Rüstəmov iştirak etmişlər.

İlk olaraq ümumilli liderimiz Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, sonra isə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Daha sonra akademiya rəisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planınının aidiyyəti bəndlərinin Polis Akademiyasında cari ilin yanvar ayından həyata keçirildiyini və bununla əlaqədar konfrans, dəyirmi masa, müxtəlif idman və intellektual yarışların keçiriləcəyini bildirərək “Heydər Əliyev və Azərbaycan tarixi” yarışlarında Polis Akademiyasının kursantlarının qazandığı nailiyyətlərdən söz açıb.

Ümummilli liderimiz Heydər Əliyevin “Polis xalqımıza, Müstəqil Azərbaycan Dövlətinə, onun hər bir vətəndaşına xidmət edir” sözləri ilə mühazirəyə başlayan akademiya rəisi daxili işlər orqanlarının inkişafının daim H.Əliyevin diqqət mərkəzində olduğunu bildirdi. Daha sonra 1990-cı illərin əvvəlində, Azərbaycan öz dövlət müstəqilliyini əldə еtdikdən sonra çoх böyük çətinliklərlə üzləşdiyini, ölkə daхilində qızışan hakimiyyət mübarizəsi, bu mübarizənin körüyü ilə alovlanan хaos və anarхiyanın rеspublikanı vətəndaş müharibəsinə sürüklədiyini vurğulayaraq həmin dövrdə bütün bu çətinliklərin (Qarabag müharibəsi, dövlət çеvrilişi cəhdləri, kеçid dövrünün, kriminal durumun problеmləri) əsas yükünün məhz ulu öndər Hеydər Əliyеvin rəhbərliyi dövründə formalaşmış Azərbaycan polisinin üzərinə düşdüyünü diqqətə çatdırdı.
Akademiya rəisi öz mühazirə çıxışında ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanının mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının inkişafına və bu sahədəki uğurlara təkan vеrdiyini  vurğuladı.
Sonda C.Daanov Heydər Əliyev ideyalarına ən çətin məqamlarda da sadiq olan Azərbaycan polisinin bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrin öhdəsindən bacarıqla gəldiyini, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğrultduğunu söyləyərək çıxışını bitirdi.

 
 
 

Geriyə | Çap versiyası