xəbərlər

Polis Akademiyasında “Xocalı faciəsi”nin 31-ci ildönümü anıldı.

25.02.2023

Daxili işlər nazirliyinin müvafiq tədbirlər planına əsasən Polis Akademiyasında “Xocalı faciəsi”nin 31-ci ildönümü anıldı. Akademiyanın böyük sıra meydanında ilk olaraq faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilmişdir.
Daha sonra Polis Akademiyasının böyük sıra meydanına düzülmüş dəyişən heyətinə Xocalı faciəsi barədə, eləcə də kütləvi qırğını təşkil etmiş cinayətkarlar, 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin və qalib ordumuzun sayəsində bu cinayəti törədənlərin layiqli cəzalandırılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına dair geniş və ətraflı məlumatlar verilmişdir.

Eyni zamanda DİN-in Polis Akademiyasının rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən Polis Akademiyasının daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşları ilə Xocalı faciəsi ilə bağlı söhbətlər aparmışlar. Eləcə də Polis Akademiyasının daimi heyəti xidməti otaqlarında Xocalı faciəsinin qurbanlarının və vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Həmçinin Akademiyanın böyük sıra meydanında və yeməkxanasında quraşdırılmış monitorlarda “Xocalı faciəsi” ilə bağlı bir sıra foto və video materiallar nümayiş etdirilib.
 
 

Geriyə | Çap versiyası