xəbərlər

Polis Akademiyası tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti tədbir

04.03.2023

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş tədbirlər planına əsasən “Heydər Əliyev İli” çərçivəsində keçirilən və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Polis Akademiyasının Tədbirlər Planının aidiyyəti bəndindən irəli gələn silsilə tədbirlərin davamı olaraq 04 mart 2023-cü il tarixində Polis Akademiyasının yardımçı təsərrüfat sahəsində Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanovun və akademiyanın şəxsi heyətinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası həyata keçirilmişdir.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildirib. Aksiyada 100 ədəd zeytun ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Akademiya tərəfindən bu cür aksiyalar mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi vətəndaşların, xüsusilə kursantların diqqətinə çatdırılır. Müəllimlərimiz daim kursantları ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldirlər.

 

Geriyə | Çap versiyası