xəbərlər

Polis Akademiyasında qiyabi təhsil şöbəsinin dinləyiciləri ilə açıq dərslər keçirilmişdir

11.03.2023

11 mart 2023-cü il tarixində Polis Akademiyasının qiyabi təhsil üzrə II və III kurs ali təhsilli dinləyiciləri ilə “İnzibati hüquq”  və “Cinayət-prosessual hüquq-1” fənlərindən  açıq dərslər keçirilmişdir.
Fənn müəllimləri “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev və “Cinayət prosesi” kafedrasının müəllimi, polis mayoru Rafik Quliyev ilk öncə belə dərslərin keçirilməsində  əsas məqsədin dinləyicilərin sərbəst mövqe və fikir bildirmək qabiliyyətinin, eyni zamanda müstəqil qərar qəbul etmək bacarığının formalaşdırılması olduğunu bildirmişlər. Daha sonra onlar mövzu üzrə sualları elan etmiş və sualların cavablandırılması müxtəlif üsullarla – şifahi, frontal sorğu əsasında və test tapşırıqları formasında həyata keçirilmişdir. Eləcə də dinləyicilərin bir qisminə proqramda nəzərdə tutulmuş özünü yoxlama sualları verilmiş, digər dinləyicilərə isə məsələlər toplusundan təcrübi kazusların həll edilməsi tapşırılmışdır.
Sonda fənn müəllimləri tərəfindən dinləyicilərin qiymətləndirilməsi həyata keçirilmiş və növbəti planlaşdırılan məşğələ dərslərinə hazırlaşmaq üçün onlara zəruri tövsiyə və tapşırıqlar verilmişdir.
 
 
 

Geriyə | Çap versiyası