xəbərlər

Polis Akademiyasısnın əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında keçirilən dəyirmi masada iştirak ediblər

17.03.2023

17 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında «Azərbaycan dövlətçiliyinin təşəkkülündə və təhlükəsizliyinin təmin olunmasında Ümummilli Lider Heydər Əliyevin rolu» mövzusunda dəyirmi masada keçirilib. Dəyirmi masada respublikanın xüsusi təyinatlı təhsil müəssislərinin və digər elm-təhsil müəssisələrinin professor-müəllim heyəti, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini general-leytenant İsmayıl Əkbərov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisinin birinci müavini polis polkovniki Vüqar Mansurov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini polkovnik Tahir Haqverdi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəis müavini polkovnik Kazım Kazımov iştirak ediblər.

Öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi v.m.i.e. polkovnik-leytenant Elşad Nəsirov dəyirmi masanın iştirakçılarını salamlayaraq proqramı elan etdi. Açılışda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini gömrük polkovnik-leytenantı, professor Cəmilə Namazova, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru h.ü.f.d., dosent Elçin Xələfov dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış ediblər.
Sonra Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin əməkdaşı, AMEA-nın müxbir üzvü, tex.e.d., professor Əminağa Sadıqov “Azərbaycan Respublikasının milli təhlükəsizliyində elmin və təhsilin rolu”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin əməkdaşı, mil.təh.v.h.e.d., professor, polkovnik Bəbir Quliyev “Azərbaycan Respublikasının milli təhlükəsizliyinin möhkəmləndirilməsində ordu quruculuğunun yeri və rolu”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının şöbə rəisi, h.ü.f.d., dosent, polis polkovniki Hikmət Eyvazov “Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda rolu” mövzularında məruzələri dinlənilib.
 
 

Geriyə | Çap versiyası