xəbərlər

Rusiya Federasiyası DİN-in Rostov hüquq institutunun təşkilatçılığı ilə keçirilmiş beynəlxalq elmi-praktik konfransda Polis Akademiyasının əməkdaşı iştirak etmişdir

28.03.2023

28 mart 2023-cü il tarixində Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Rostov hüquq institutunun təşkilatçılığı ilə “Müasir şəraitdə hüquqşunasların ünsiyyət kompetensiyasının formalaşdırılması və linqivistikanın aktual poblemləri” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Rusiya Daxili İşlər Nazirliyinin Rostov hüquq institutunun rəhbərliyi, professor-müəllim heyəti, Belarus Respublikasının və Rusiya Daxili İşlər Nazirliyinin bir sıra digər ali təhsil müəssisələrinin nümayəndələri və ümumilikdə 70-ə yaxın iştirakçının yer aldığı konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil Hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı Elçin Orucov iştirak etmişdir.

Konfransda “Hüquqşünaslıq sahəsi üzrə xarici dilin öyrənilməsində sərbəst işlərin təşkili” mövzusunda təqdimat dinlənmiş, eyni zamanda sərbəst işlərin hazırlanmasında kursantların müxtəlif internet və digər mümkün resurslardan istifadə etmə bacarıqlarını formalaşdırmaq, düzgün ünsiyyət qura bilmək üçün müraciət və yazı bacarıqlarının inkişaf etdirilməsinin zəruriliyi, motivasiya və diskurs, həmçinin sənədlərin hazırlanmasında müraciət formaları və kargüzarlıq bacarıqları müzakirə edilmişdir.
Bundan başqa təqdimatçılar arasında distant təhsil zamanı ola biləcək risklər və əlavə nəzarətə ehtiyac barədə, biometrik məlumatlardan istifadə imkanlarının araşdırılması, dilin ekologiyası (dilin inkişafı və istifadəsi nəzərdə tutulur) və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi məqsədilə xüsusilə bədii ədəbiyyatların oxunmasının zəruriliyi istiqaməti üzrə fikirlər bildirilmişdir.

Konfrans ümumilikdə işgüzar və səmərəli şəkildə baş tutmuşdur.
 
 

Geriyə | Çap versiyası