xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik yarışı keçirilmişdir

29.03.2023

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı silsilə tədbirlərin davamı olaraq Polis Akademiyasında Ulu öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi məqsədilə 29 mart 2023-cü  il tarixində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda bilik yarışı keçirilmişdir. Yarışının təşkil edilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinin gənc nəslə aşılanması ilə yanaşı onların elmə, maarifləndirici yarışlara marağının artırılmasını təmin etmək və intellektual səviyyələrini artırmaqdır.

Tədbiri giriş sözü ilə Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov açaraq yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır. Bilik yarışının keçirilməsinin əhəmiyyətindən danışan C.Daanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinin və təbliğinin vacibliyini qeyd edərək, bu irsin Akademiyada təhsilalanlara aşılanmasının zəruri olduğunu vurğulamışdır.

Yarışda Akademiyanın Əyani fakültəsində təhsil alan I, III və IV kurs kursantlarının 6 nəfərdən ibarət 6 komandası iştirak etmişdir. 3 mərhələdə keçirilən yarışda hər mərhələdə komandalara 8 sual ünvanlanmış, sualların cavabları komandaların kapitanları tərəfindən yazılı şəkildə köməkçilər vasitəsi ilə münsiflər heyətinə təqdim olunmuşdur. Münsiflər heyəti müvafiq qeydiyyatlar aparmış və nəticələri hesablayıcılara təqdim edərək bilik yarışının qəbul olunmuş qaydalar əsasında və obyektiv şəraitdə keçirilməsini təmin etmişlər.

6 komandanın iştirakı ilə keçirilən bilik yarışında IV kursun I birləşməsi 1-ci yerə layiq görülmüşdür. Digər komandalardan bir neçəsinin eyni bal toplaması səbəbilə  əlavə suallar səsləndirilmiş və onların nəticəsinə əsasən I kursun I birləşməsi 2-ci yerə, III kursun II birləşməsi 3-cü yerə layiq görülmüşlər.
Sonda Akademiya rəisinin 1-ci müavini, polis polkovniki Vüqar Mansurov qalib komandaları təbrik etmiş, onlara təlim-tədris fəaliyyətlərində uğurlar arzulamış və komandalarla xatirə şəkilləri çəkilmişdir.
 
 
 

Geriyə | Çap versiyası