xəbərlər

Rusiya Federasiyası DİN-in Voronej institutunun təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq seminarda Polis Akademiyasının əməkdaşı iştirak etmişdir.

30.03.2023

30 mart 2023-cü il tarixində Rusiya Federasiyası DİN-in Voronej institutunun təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlara qarşı cinayət işləri üzrə ibtidai istintaq” mövzusunda videokonfrans formatında Beynəlxalq seminar keçirilmişdir.
Rusiya DİN-in Voronej İnstitutunun və P.P. Semenov-Tyan-Şanski adına Lipetsk Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti və adyunktları, xarici ölkələrin təhsil müəssisələrinin, habelə Rusiya DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin əməkdaşlarının  iştirakı ilə keçirilən seminarda Polis Akademiyasını “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Səyyad Ağayev təmsil edərək “Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar barəsində cinayət işinin aparılmasının xüsusiyyətləri” mövzusunda çıxış etmişdir.    

Həmçinin seminarda “Yetkinlik yaşına çatmayanların dindirilməsi zamanı müəllimin (psixoloqun), müdafiəçinin, qanuni nümayəndələrin iştirakı”, “İnformasiya və telekommunikasiya texnologiyaları sahəsində törədilmiş yetkinlik yaşına çatmayanlara qarşı hədə-qorxu ilə pul tələb etmənin araşdırılması”, “18 yaşına çatmamış şəxslərin dindirilməsinin xüsusiyyətləri”, “Yetkinlik yaşına çatmayanlara qarşı cinayət prosesində cinayət-prosessual münaqişələr və onların həllinin hüquqi vasitələri” və “Yetkinlik yaşına çatmayan şübhəli şəxs barəsində həbs qətimkan tədbiri tətbiq edildikdə onun hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmində prokurorluğun rolu” kimi mövzular ətrafında məruzələr dinlənilmiş və diskusiya keçirilmişdir.
Seminar ümumilikdə işgüzar və səmərəli şəkildə keçirilmişdir.

Geriyə | Çap versiyası