xəbərlər

Polis Akademiyasında “Əlbəyaxa Döyüş” üzrə Akademiya birinciliyi keçirilmişdir

29.03.2023

“Heydər Əliyev İli” çərçivəsində Polis Akademiyanın müvafiq tədbirlər planına əsasən Akademiyada keçirilən tədbirlərin davamı olaraq şəxsi heyət arasında idmana marağın artırılması, sürət, dözümlük və cəldlik vərdişlərini təkmilləşdirmək və 2023-cü ilin dekabr ayında Dinamo İdman Cəmiyyətində polis əməkdaşları arasında keçiriləcək “Əlbəyaxa döyüş” üzrə Dinamo birinciliyində Akademiyanı layiqincə təmsil edə biləcək kursantlardan ibarət yığma komandanı təyin etmək məqsədilə 29 mart 2023-cü il tarixində “Əlbəyaxa Döyüş” üzrə Akademiya birinciliyi keçirilmişdir.

Yarışa 4 kursdan 6 çəki (67 kq, 73 kq, 80 kq, 88 kq, 97 kq, +97 kq) dərəcəsində ümumilikdə 58 idmançı qatılmışdır. Yarışın nəticələrinə əsasən I kurs kursantı Məmmədov Fərux 67 kq, II kurs kursantları Əbdürrəhimov Nahid 73 kq, İbrahimov Nurlan 88 kq, Bafadarov Anar 97 kq, Quliyev Fərid +97kq və III kurs kursantı Əmoyev Hüseyn 80 kq çəki dərəcələrində I yerlərə layiq görülmüşlər.
Tədbirin sonunda yer tutmuş kursantlar Fiziki hazırlıq kafedrasının rəisi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

 

Geriyə | Çap versiyası