xəbərlər

Polis Akademiyasının kursantları “Sağlam Həyat” layihəsində uğur qazanıblar

06.04.2023

06 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  tərəfindən 14 yaş qrupu üzrə “Sağlam Həyat” layihəsi keçirilmişdir.

Layihənin əsas məqsədi müxtəlif yaş qruplarını əhatə edən insanların bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatını formalaşdırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, ölkədə bədən tərbiyəsi və idmanı təbliğ etmək, həmçinin inkişaf etdirərək sağlam cəmiyyətin qurulmasını təmin etmək olmuşdur.

Sözügedən tədbirdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi və ali təhsil müəssisələrindən 1000 nəfərə yaxın idmançı iştirak etmişdir.

Tədbirdə Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının baş müəllimi, polis baş leytenantı Məhəmməd Məmmədli və 11 nəfər kursant iştirak etmişdir. Akademiyanın kursantları “Sağlam həyat” layihəsinin Əsasnaməsində nəzərdə tutulmuş bütün normativlərdən (100 metrə qaçış, turnikdən dartınma, 8 metrəyə yerində dayanaraq tullanmaq, paralel qollar, 3 kiloqramlıq topu 8 metr məsafəyə atmaq) yüksək nəticə əldə edərək qızıl sertifikatlar ilə təltif olunmuşlar.
 
 
 
 

Geriyə | Çap versiyası