xəbərlər

Polis Akademiyasının əyani təhsil üzrə II кurs kursantları ilə hərbi təlim toplanışı keçirilir

07.04.2023

Hərbi kompleksə daxil olan fənlərin öyrədilməsi məqsədilə hər il olduğu kimi 2022/2023-cü tədris ilində əyani təhsil üzrə II kursun kursantları ilə (1-8 tədris taqımları) Polis Akademiyası rəisinin müvafiq əmrinə əsasən 03 aprel 2023-cü il tarixdən 13 may 2023-cü il tarixədək (40 gün) Daxili İşlər Nazirliyinin Qaradağ rayonunda yerləşən Qaraheybət təlim mərkəzində hərbi təlim toplanışı planlaşdırılmışdır.

Hərbi təlim toplanışının məqsədi kursantlara hərbi biliklər mənimsətməklə yanaşı vətənə məhəbbət, polis andına və xidməti borcuna sədaqət, mənəvi və mədəni dəyərlərə hörmət ruhunda tərbiyələndirmək, bununla yanaşı, xüsusi əməliyyatların keçirilməsi üzrə hissə və bölmələrin idarə olunması, düzgün qərarın qəbul edilməsi, tabel silahından bacarıqla istifadə edilməsi, döyüş şəraitində taqımı bacarıqla idarə edə bilən, sərbəst düşüncəyə malik peşəkar zabit yetişdirməkdir.
Kursantlara tədris edilən “Atəş hazırlığı”, “Xüsusi taktiki hazırlıq”, “Sıra hazırlığı”, “Hərbi topoqrafiya”, “Fiziki hazırlıq”, “Tək əsgərin döyüş təlimi”, “Mühəndis hazırlığı”, “Qarovul və Qarnizon Xidməti Nizamnaməsi”, “Texniki hazırlıq”, “Rabitə hazırlığı”  və digər fənlərdən praktiki məşğələlər keçirilir.     
 
Təlimdə kursant heyəti ilə “Atışa hazır ol”, “Atəş” komandalarının icrası yerinə yetirilmiş, atış meydançalarında tapança və avtomatlardan atış təlimləri keçirilir  (“Atəş hazırlığı” fənni), “Kütləvi iğtişaşların qarşısının alınması ilə bağlı xüsusi əməliyyatların təşkili və keçirilməsi”, “DİN-in orqan və qoşunları tərəfindən güc tətbiq etmənin (fiziki qüvvə, xüsusi vasitələr, odlu silah və döyüş texnikası) hüquqi əsasları, qaydaları və taktikası” mövzuları kursant heyətinə praktiki olaraq öyrədilir (“Xüsusi taktiki hazırlıq” fənni), kursantlarda nizam-intizamın və mənəvi psixoloji dayanıqlığın möhkəmləndirilməsi, sıra hərəkətlərinin dəqiq yerinə yetirilməsi bacarığı, eyni zamanda hərbi salamın verilməsi, hərbi nəzakət və davranış qaydaları, böyük rəis heyətinə özünü təqdim etmə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsi (“Sıra hazırlığı” fənni) və digər mövzular tədris edilir.
 
 
 
 
Geriyə | Çap versiyası