xəbərlər

Polis Akademiyasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq silsilə tədbirlər davam edir

10.04.2023

10 aprel 2023-cü il tarixində DİN-in Polis Akademiyasında III-IV kurs kursantları arasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Heydər Əliyev – tarix yaradan şəxsiyyət” adlı inşa müsabiqəsinə yekun vurulmuş və “Heydər Əliyev-100” adlı ən yaxşı qiraətçi müsabiqəsi keçirilmişdir. Sözügedən yarışlarda kursantlar şəxsi birincilik uğrunda mübarizə aparıblar.

Nəticədə inşa müsabiqəsində IV kurs, 5-ci taqım kursantı Alparslan Məmmədli birinci, III kurs, 6-cı taqım kursantı Kənan Qurbanlı ikinci və IV kurs VI taqım kursantı Rəhim Rəhimli isə üçüncü yerə layiq görülmüşdür.

“Heydər Əliyev-100” adlı ən yaxşı qiraətçi müsabiqəsində isə III kurs V taqım kursantı Səyyad Əliyev birinci, III kurs VII taqım kursantı Güloğlan İsmayılzadə ikinci, IV kurs VI taqım kursantı Rəhim Rəhimli isə üçüncü yerə layiq görülmüşdür.
Sonda qaliblər mükafatlandırılmış, onlara sertifikatlar təqdim edilmiş, xatirə şəkilləri çəkilmişdir.
 
 
 

Geriyə | Çap versiyası