xəbərlər

Polis Akademiyasının kursantları Şahmat yarışında BİRİNCİ oldular

12.04.2023

10-11 aprel 2023-cü il tarixlərdə Fövqaladə Hallar Nazirliyinin Akademiyasında xüsusi təyinatlı ali təhsil müəssisələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Şahmat” idman növü üzrə yarış keçirilmişdir.  

Sözügedən tədbirdə Polis Akademiyası ilə birgə Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, Milli Aviasiya Akademiyası, Fövqaladə Hallar Nazirliyinin Akademiyası və Heydər Əliyev adına Ali Hərbi Məktəbin yığma komandaları iştirak etmişdir.
Yığma komandaların gərgin mübarizəsi nəticəsində Polis Akademiyası şaxmat taxtası üzrə və komanda birinciliyində birinci, Fövqaladə Hallar Nazirliyinin Akademiyası isə ikinci, Milli Aviasiya Akademiyası isə üçüncü yerə layiq görülmüşlər. Yarışın sonunda Fövqaladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev qalib komandalara medal və qiymətli hədiyyələr təqdim etmiş və bundan sonra keçiriləcək yarışlarda uğurlar arzulamışdır.
 

Geriyə | Çap versiyası