xəbərlər

Polis Akademiyasında “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş Referat müsabiqəsi keçirilmişdir

13.04.2023

13 aprel 2023-cü il tarixində Din-in Polis Akademiyasının Qiyabi təhsil şöbəsi və Dil hazırlığı kafedrasının birgə təşkilatçılığı  ilə  lll kurs dinləyiciləri arasında “Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş Referat müsabiqəsi keçirilmişdir. 

Müsabiqəni giriş sözü ilə açan Qiyabi təhsil şöbəsinin rəisi, polis polkovniki Mahir Xalıqov Heydər Əliyev şəxsiyyəti və onun milli dövlətçilik tariximizdə əvəzolunmaz xidmətləri barədə dinləyicilərə qısa məlumat vermişdir.
Daha sonra lll kurs dinləyiciləri, polis serjantı Ağabəy Əliyev (H.Əliyev və azərbaycançılıq siyasəti), polis serjantı Orxan Səlimov (H.Əliyev – tarix yaradan şəxsiyyət), polis serjantı Seymur İsmayılov (H.Əliyevin gənclər siyasəti) referat mövzuları ilə çıxış etmişlər.

Sonda Akademiya rəisinin birinci müavini, polis polkovniki Vüqar Mansurov müsabiqəyə yekun vuraraq müstəqil Azərbaycan Dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi H.Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Aakademiyada keçirilən silsilə tədbirlərin H.Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulamışdır.

 
 

Geriyə | Çap versiyası