xəbərlər

Polis Akademiyasının kursantları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfransda iştirak edib

08.05.2023

08 May 2023-cü il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bu günün hüququ, sabahın hüquqşünası” mövzusunda konfrans keçirilib. Konfransda AR DİN-in Polis Akademiyasının kursantları iştirak etmişdir.

Konfransın moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açılış nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın təhsil sahəsinə verdiyi töhfələr barədə danışıb və belə tədbirlərin keçirilməsi tələbələr üçün faydalı olduğunu vurğulamışdır. 

Konfransda  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Qanunun aliliyi Heydər Əliyev dövlətçiliyinin əsas qayəsidir” mövzusunda, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyası İnsan Hüquqları üzrə Alt-Komitəsinin sədri Kamal Cəfərov “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası və milli konstitusiyalar” mövzusunda, ADA Universiteti Hüquq fakültəsinin dekanı Rəşad İbadov “Hüquq təhsilinin müasir hüquqi dövlətdə rolu” mövzusunda çıxışlar edilmişdir.

Keçirilən konfransda Bakı Dövlət Universitetinin hüquq fakültəsinin, ADA Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri tərəfindən müxtəlif mövzular üzrə çıxışlar edilmişdir. AR DİN-in Polis Akademiyasının 4-cü kurs kursantı Turqut Süleymanlı “Təhlükəsiz cəmiyyəti necə görürəm” mövzusunda təqdimatla çıxış etmişdir.
 

 
 

Geriyə | Çap versiyası