xəbərlər
Polis Akademiyasının kursantları Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Şahmat yarışında iştirak edib
13.05.2023

Sözügedən tədbirdə Polis Akademiyası ilə birgə 11 komanda olmaqla 22 idmançı iştirak edib. Blitz qaydasında təşkil olunmuş turnirdə hər iştirakçıya 7 dəqiqə vaxt ayrılıb.
Daxili Qoşunların əsgəri dördqat respublika çempionu, Avropa kubokunun qalibi, qrossmeyster Vüqar Əsədli ilə II kurs kursantı Əliyev Əli Sultan oğlu final mərhələsində görüşü heç-heçə ilə bitiriblər. Təkrar görüşdə komandamızın oyunçusu kursant Əli Əliyev II yerə layiq görülüb.