xəbərlər

Dəfələrlə Dünya və Avropa çempionu olmuş Rəfael Ağayev Polis Akademiyasında kursantalara nümunəvi təlim məşqi keçib

24.05.2023

24 may 2023-cü il tarixində kursantlar arasında şərq əlbəyaxa döyüş idman növlərinə olan marağı nəzərə alaraq “Karate” idman növü üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş, 2020-ci il Tokio şəhərində keçirilən olimpiya oyunlarının gümüş mükafatçısı Rəfael Ağayev “Əl və ayaq  zərbələrinin təkmilləşməsi” mövzusunda təlim məşğələsinin keçirilməsi üçün Polis Akademiyasına dəvət olunub.

R.Ağayev məşq prosesində kursantlara fiziki yükləmə, əl ilə vurulan zərbələrə qarşı müdafiələr, ayaq ilə vurulan zərbələrin təlimini keçib və sual-cavab edərək kursantların mənimsəmə qabiliyyətini yoxlayıb. II və III kursun bir neçə idmançı kursantı daha fəal iştirak edərək təcrübəli karate müəlliminin diqqətini cəlb ediblər. Rəfael Ağayev qarşıda “Karate” üzrə keçiriləcək yarışlarda iştirak etməsi üçün fərqlənən kursantları dəvət edəcəyini qeyd edib.
    

 
 
      




Geriyə | Çap versiyası