xəbərlər

Polis Akademiyasının kursantları ADA Universitetinin kampusunda keçirilmiş müsabiqədə II yerin qalibi olublar

08.07.2023

 3-7 iyul 2023-cü il tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ADA Universitetinin kampusunda Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə keçirib.
Müsabiqənin birinci mərhələsində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin və Bakı Dövlət Uninversitetinin əməkdaşları tərəfindən mühazirələr oxunub.

Mühazirələrdən sonra müsabiqənin ikinci mərhələsi keçirilib. Bu mərhələdə DİN-in Polis Akademiyasının, Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin tələbələrindən ibarət 6 komanda iştirak edib.

Müsabiqədə Polis Akademiyasını “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovniki Zaur Bağırovun rəhbərliyi ilə 4-cü kursun kursantları Əli Məhərrəmli,  Alparslan Məmmədli və  Zamin Sadıqov təmsil ediblər.
Yarış zamanı iştirakçıların rol-oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq humanitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqları qiymətləndirilib.

Bu mərhələ müstəqil hakimlər heyəti tərəfindən qiymətləndirilib və müsabiqənin qalibi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası seçilib. DİN-in Polis Akademiyası 2-ci, ADA Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.
 
 
 

Geriyə | Çap versiyası