xəbərlər
Polis Akademiyasında Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı ilə müştərək mühazirə dərsi keçirilib
26.09.2023
26 sentyabr 2023-cü il tarixində Polis Akademiyasında “DİO-da təhqiqat” fənnindən V kursun kursantlarına “Cinayət haqqında ərizə və məlumatların təhqiqat orqanları tərəfindən baxılması və həll edilməsi” mövzusunda mühazirə dərsi keçirilib. Mühazirə Polis Akademiyasının “Cinayət prosesi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Rafik Quliyev və DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşı İlkin Əliyev ilə birlikdə müştərək oxunub.
Kursantların əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiq olunması məqsədi ilə keçirilən mühazirə dərsində İlkin Əliyev kursantlara daxili işlər orqanlarında cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı, baxılması və müvafiq qərarların qəbul edilməsi, həmçinin təcrübədə bu sahədə yaşanan nöqsanlar və onların həlli yolları barədə məlumat verib.
Mühazirənin sonunda İlkin Əliyev kursantları maraqlandıran sualları ətraflı cavablandırıb və gələcək peşə fəaliyyətində onlara uğurlar arzulayıb.