elanlar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası 2018-ci il üçün doktorantura və dissertanturaya qəbuluna dair

19.01.2019

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası  2018-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli, 774s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2018-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

 

İxtisasın

şifri

İxtisasın

adı

Fəlsəfə doktoru proqramı üzrə

doktorant hazırlığı üzrə qəbul planı

dissertant  hazırlığı üzrə qəbul planı

cəmi

o cümlədən:

cəmi

o cümlədən:

büdcə hesabına

büdcə hesabına

qiyabi

5611.01

Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ

4

4

4

4

5612.01

Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası;

əməliyyat-axtarış fəaliyyəti

2

2

2

2

 

Cəmi:

6

 

6

 


Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2018-ci il dekabrın 12-dən 2019-cu ilin yanvarın 10-dək saat 17:00-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) qəbul ediləcək.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.
Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Polis Akademiyasına təqdim olunmalıdır:
- Polis Akademiyasının rəisinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsilli (ali təhsil magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedoqoji kadrları sənəd təqdim edə bilər.
Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz.
Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz.
Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər Polis Akademiyasına (AZ-1044, Bakı şəhəri

Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi) təqdim olunmalıdır:
- ərizə (dissertantura təhsilini həyata keçirən Polis Akademiyasının rəisinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
-  şəxsiyyəti təsdiq edən sənədin surəti.
Əlavə məlumat üçün Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat  şöbəsinə  müraciət etmək olar.
Əlaqə telefonları:  (+994 12) 454 34 57,  454 13 85
E-mail: ehg69@mail.ru

Geriyə | Çap versiyası