Polis Akademiyasının doktoranturasına
sənəd vermiş namizədlərin nəzərinə!!!
08.02.2020
“Xarici dil” fənnindən doktoranturaya qəbul imtahahında keçid balını toplamış şəxslər Polis Akademiyasında “Fəlsəfə” fənnindən imtahanda iştirak etməsi üçün 10 fevral 2020-ci il tarixində saat 09.30-da Akademiyada olmalıdırlar.
İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
İxtisas fənnindən qəbul imtahanına yalnız fəlsəfə fənnindən “məqbul” alan şəxslər buraxılırlar.
İmtahan fənn üzrə hazırlanmış proqram və aşağıdakı mövzular əsasında şifahi, hər biletdə 3 sual olmaqla keçiriləcəkdir:
Mövzu 1. Fəlsəfənin predmeti və funksiyaları.
Mövzu 2. Qədim Şərqdə, Hindistanda və Çində fəlsəfi fikirlərin
meydana gəlməsi
Mövzu 3. Antik fəlsəfə
Mövzu 4.Orta əsrlər Qərb fəlsəfəsi
Mövzu 5.Orta əsrlərdə İslam Şərqində fəlsəfi fikir
Mövzu 6. İntibah dövrü fəlsəfəsi
Mövzu 7.Yeni dövr fəlsəfəsi
Mövzu 8. Klassik alman fəlsəfəsi
Mövzu 9. Marksizm fəlsəfəsi
Mövzu 10. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanda
maarifçilik fəlsəfəsi
Mövzu11.Müasir dövrdə Qərbi Avropa fəlsəfi fikrinin əsas istiqamətləri
Mövzu12.Varlıq haqqında fəlsəfi təlim
Mövzu 13.Varlığın universial əlaqələri haqqında təlim
Mövzu 14. İdrak nəzəriyyəsi (qnoseologiya)
Mövzu 15. Fəlsəfədə şüur problemi
Mövzu 16. Fəlsəfi antropologiya
Mövzu 17.Təbiət fəlsəfi dünyagörüşü sistemində
Mövzu 18. Cəmiyyət özüinkişaf edən sistem kimi
Mövzu 19. Cəmiyyətin əsas sferaları. Maddi istehsal sferası.
Mövzu 20. Cəmiyyətin sosial sferası.
Mövzu 21. Cəmiyyətin siyasi sferası.
Mövzu 22. Cəmiyyətin mənəvi sferası.
Mövzu 23.Tarixi prosesin fəlsəfi təhlili.
Mövzu 24.Mədəniyyət və sivilizasiya.
Mövzu 25. Müasir dövrün qlobal problemləri.
ƏDƏBİYYAT
1. Mehdiyev R.Ə. Fəlsəfə. Bakı, 2010.
2. İmanov H.R. Fəlsəfənin əsasları. Bakı, 2007.
3. Hacıyev Z.C. Fəlsəfə. Bakı, 2010, 2012.
4. Fəlsəfə (Ramazanlı F.F. redaktəsi ilə). Bakı, 1997.
5. Paşayev V.Ə. Fəlsəfə. Bakı, 1999.
6. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı.
7. Tağıyev A. Fəlsəfə. Bakı, 2018.
8. Azərbaycan fəlsəfə tarixi. I və II cild. Bakı, 2014.
9. Abbasova Q.; Hacıyev Z. Sosial fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı, “Turan evi”, 2017.
10. İsmayılov F. Klassik psixoanalizin əsasları. Bakı, 2003.
11. İsmayılov F. XX əsr Qərb fəlsəfəsi tarixi. I cild, Bakı, 1999; II cild, Bakı, 2000.
12. Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 2006
13. Hacıyev Z. Ontologiya və idrak nəzəriyyəsi. Bakı, 2011
14. Məmmədov Ə.B. Dialektik idrak və ümumelmi tədqiqat metodları. Bakı, 1997.
15. Məmmədov Ə.B.; İsmayılov V.İ.; Məmmədov F.Ə. Rasionallıq və qeyri-rasionallıq. Bakı, 2010.
16. Məmmədov Ə.B.; Mustafayev A.X. Təbii-elmi idrak və insan dünyası. Bakı, 2011.
17. Xəlilov S. Elm haqqında elm. Bakı, 2007.
Əlavə məlumat almaq üçün:
Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dos. Hikmət Eyvazov
iş tel.: 012-454-13-85
e-mail: ehg69@mail.ru