Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

POLİS AKADEMİYASININ MAGİSTRATURASINA SƏNƏD VERMİŞ NAMİZƏDLƏRİN NƏZƏRİNƏ!

25.02.2023
Daxili işlər orqanları əməkdaşlarının Akademiyanın magistraturasına qəbulu üzrə müsabiqə Polis Akademiyasında informasiya-kommunikasiya texnologiyaları vasitəsilə test üsulu ilə keçirilən qəbul imtahanından ibarətdir. Magistraturaya qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Birinci qəbul imtahanı 2023-cü il martın 3-də saat 10.00-da, ikinci qəbul imtahanı mayın 5-də saat 10.00-da keçiriləcəkdir. İmtahan günləri səhər saat 09.00-da namizədlər Akademiyada olmalıdırlar.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- Xidməti vəsiqə.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizədlər imtahana buraxılmayacaqdır.
İmtahan zamanı namizədlər aşağıda göstərilənlərə riayət etməlidir:
Sistemə daxil olmaq üçün sağ tərəfdə göstərilən pəncərədə username olan hissəsinə AZ- xidməti vəsiqənin nömrəsi (AZ-12345), password olan hissəsinə isə şəxsiyyət vəsiqəsinin nömrəsini yazib Log in düyməsini sıxırıq.
-Açılan pəncərədə Qəbul_2023 seçirik. Və yeni açılan pəncərədə variantı seçirik.
- Yeni açılan pəncərədə imtahana başla vurub. Start attempt seçirik.
İmtahan 100 sualdan ibarətdir, imtahan müddəti 3 saatdır.
- 1-25-ci suallar "İngilis dili", 26-50-ci suallar "İnformatika", 51-100-cü suallar isə "Məntiq" fənnindəndir.
- Bütün sualların cavablandırılması mütləq deyil. Əmin olmadığınız təqdirdə sualı cavablandırmaya bilərsiniz. Səhv suallar nəticəyə təsir etmir.
- Sual cavablandırıldıqdan sonra "Növbəti sual" düyməsini basaraq növbəti, "Əvvəlki sual" düyməsini basaraq isə əvvəlkinə keçid ala bilərsiniz.
- “Suallara baxış” hissəsi pəncərinin yuxarı sağ küncündə yerləşir. Bütün suallara statusları qeyd olunmaqla baxmaq olar. Statuslar 3 istiqamətdə: “Cavablandırılan (answered)”, “Cavablandırılmayan (unanswered)”, “Tərəddüdlü qeyd etdiyiniz (Flag question)” suallar kimi müəyyənləşir.
- Sualın sol küncündə qeyd edilmiş " Flag question" (Tərəddüdlü sual) hissəsini işarələməklə həllində çətinlik çəkdiyiniz sualı qeyd edib, özünüz üçün həmin sualı təkrar baxış keçirmək üçün işarələyə bilərsiniz.
-Sonuncu səhifənin aşağı hissəsində “finish review (baxışı sonlandırmaq)” hissəsinə keçid almaqla, “Submit and finish” testi sonlandıra bilərsiniz.
İmtahanın nəticələri üzrə qəbul yerlərinin sayına müvafiq olaraq minimal qəbul balından az olmamaq şərtilə, ən yüksək bal toplayan 10 namizəd müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab olunur və Akademiyanın magistraturasına qəbul edilirlər.
- İmtahan zalına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.
- İmtahan zamanı digər monitora baxmaq, arxaya dönmək, digərlərindən soruşmaq qadagandır. İmtahanla bağlı suallar nəzarətçiyə yönləndirilə bilər. İmtahan qaydalarından hər hansı biri pozularsa namizəd auditoriyadan kənarlaşdırılacaqdır.
Namizədlər ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə suallarından minimum 15, informatika  və ingilis dili üzrə isə minimum 5 sualı düzgün cavablandırmalı, müsabiqədə iştirak etmək üçün ümumilikdə toplanılan bal 61-dən aşağı olmamalıdır.
    
Qəbul yerlərinin sayına müvafiq olaraq bərabər bal toplamış namizədləri biri-birindən fərqləndirmək məqsədi ilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
1. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
2. xarici dil üzrə testdən toplanılan bal.
Namizədlərin hər hansı bir tapşırığa verdiyi cavabın (və ya həllin) qiymətləndirilməsi ilə əlaqədar müraciətlərinə Polis Akademiyasında yaradılmış apellyasiya komissiyasında baxılacaq. Namizədlər apellyasiya komissiyasına imtahandan sonra 3 gün ərzində raportla və ya Akademiyanın elektron ünvanına elektron ərizə ilə müraciət edə bilərlər. Göstərilən müddət ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Apellyasiya müzakirəsində namizədin iştirakı vacibdir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparılacaqdır.
ELMİ-TƏDQİQAT VƏ REDAKSİYA-NƏŞRİYYAT ŞÖBƏSİ