Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə » Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının beynəlxalq əməkdaşlığı

Azərbaycan Respublikasının Prezidentinin 24 may 2010-cu il tarixli fərmanı ilə Akademiya xüsusu təyinatlı təhsil müəssisələrinin siyahısına salınmış və ona Daxili İşlər Nazirliyinin Polis Akademiyası statusu verilmişdir.
2006-cı ildə Akademiyada yaradılan Beynəlxalq əməkdaşlıq qrupu sonralar stuktur bölmə kimi fəaliyyət göstərmişdir. Beynəlxalq əməkdaşlıq bölməsi akademiyanın digər struktur bölmə və şöbələri, fakültə və kafedraları ilə qarşılıqlı əməkdaşlığı həyata keçirir. Bununla yanaşı o Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində fəaliyyət göstərən beynəlxalq əməkdaşlıq qurumları ilə müntəzəm əlaqə saxlayır. Ötən illər ərzində bölmə Akademiyanın beynəlxalq səviyyədə tanınması, onun imicinin formalaşdırılması və xarici strategiyasının dövlətin mənafeyinə uyğun reallaşdırılması istiqamətində fəaliyyət göstərmişdir.
Avropa polis təhsili texnologiyalarını öyrənmək və bu sahədə fəaliyyəti təkmilləşdirmək məqsədilə 2 fevral 2010-cu ildə DİN-in Polis Akademiyası Avropa Polis Kollecləri Assosiasiyasına üzv olmuşdur. Bölmənin qabaqçıl təhsil və elm mərkəzləri ilə əlaqələri xarici dövlətlərlə universitetlərarası müəllim və tələbə mübadiləsinə, bu dövlətlərin ali təhsil müəssisələrində professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinə, ixtisasını artırmasına, elmi-metodik ədəbiyyatın təbliğinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurum və təşkilatların nümayəndəlikləri ilə əməkdaşlığın genişləndirilməsinə imkan vermiş və Akdemiyanın kadr hazırlığını beynəlxalq standartlara uyğunlaşdırmağa şərait yaratmışdır. Qabaqçıl dövlətlərin təcrübəsinin öyrənilməsi və onun tədris-təlim prosesində tətbiqi Akademiyanın bu sahədə, eyni zamanada maddi-texniki imkanlarının daha da inkişaf etdirilməsinə gətirib çıxartmıışdır.
Bu vaxtadək Polis Akademiyasının əməkdaşlarının Almaniya, İspaniya, Fransa, İtaliya, Türkiyə, Avstriya, Serbiya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və bir sıra digər ölkələrdə keçirilmiş beynəlxalq konfrans və tədbirlərdə, Avropa Şurası və Avropa İttifaqının, habelə bir sıra digər beynəlxalq qurum və təşkilatların proqram və layihələrində iştirakı yeni əlaqə və layihələrin yaranmasına stimul vermişdir.
Beynəlxalq əməkdaşlıq bölməsi Akademiya və daxili işlər orqanlarının fəaliyyəti haqqında obyektiv ictimai rəyi formalaşdırmaq məqsədilə Akademiyanın həyatında baş verən mədəni və tarixi hadisələri Polis Akademiyasının rəsmi internet səhifəsi vasitəsilə ictimaiyyətə çatdırır. Eyni zamanda DİN-in mətbuat xidməti vasitəsilə kütləvi informasiya vasitələri və ictimai təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirir, keçirilən beynəlxalq tədbirlərin yeni informasiya-kommunikasiya texnologiyalarına və multi-media vasitələrinə əsaslanmasına önəm verir.

Beynəlxalq əməkdaşlıq bölməsi xüsusi təyinatlı ali təhsil müəssisələri arasındakı ünsiyyət və ortaqlığa əsaslanan səmərəliliyi və məhsuldarlığı artırmaq və qarşılıqlı bilik və təcrübə mübadiləsinə imkan verəcək ortaq bir platforma yaratmaq məqsədilə qurulmuşdur.
Eyni zamanda Beynəlxalq əməkdaşlıq bölməsi beynəlxalq əməkdaşlığın hüquqi əsasını təşkil edən və əməkdaşlıq prinsipləri və prosedurlarını müəyyənləşdirən ikitərəfli və çoxtərəfli müqavilələrin, protokolların və digər hüquqi sənədlərin qanuna uyğun olaraq hazırlanmasında, danışıqların aparılmasında, imzalanma prosesində və həyata keçirilməsində yaxından iştirak edir.
Bundan başqa Beynəlxalq əməkdaşlıq bölməsi xarici ölkələrin nümayəndə heyətləri ilə rəsmi danışıqlardan əvvəl müvafiq qurumların,  təşkilatların və şöbələrin fikirlərini toplayaraq danışıqlar zamanı lazım ola biləcək bütün məlumatları Akademiya rəhbərliyinə təqdim edir, Akademiyanın xarici nümayəndə heyətləri ilə rəsmi görüşlərinin səmərəli və protokol prinsipləri çərçivəsində dövlətin xarici siyasətinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək vəzifələrini yerinə yetirir.
Təhsil ocağımıza artan marağın nəticəsi kimi ATƏT, Avropa Şurası, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi, Beynəlxalq Qırmızı Xaç Komitəsi, səfirliklər və s. təşkilatların, eyni zamanda əməkdaşlıq etdiyimiz respublika daxilində fəaliyyət göstərən təhsil müəssisələrinin və dövlət qurumlarının nümayəndələrinin də Polis Akademiyasına səfər etmələri fəaliyyətimizin müsbət nəticələri ilə bağlıdır.
Son illərdə Polis Akademiyasının beynəlxalq aləmə inteqrasiyasının belə artım sürəti, tədris-təlim prosesində tətbiq olunan Avropa standartlarına uyğun müasir təhsil imkanları və mövcud maddi-texniki bazasının zənginləşdirilməsinin nəticəsi olaraq yaxın gələcəkdə Polis Akademiyası Avropanın və MDB məkanının ən nüfuzlu təhsil ocaqlarından birinə çevriləcəkdir.

Beynəlxalq Əməkdaşlıq bölməsi

e-mail: inter.relat@pa.edu.az

Geriyə