Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Əsas səhifə » Prezidentin təbrik məktubu

Prezidentin təbrik məktubu

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının kollektivinə

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının 75 illiyi münasibəti ilə Sizi ürəkdən təbrik edirəm. Respublikanın ilk peşəkar milis kadrlarını hazırlayan tədris mərkəzi kimi yaradılmış Milis Məktəbi zəngin, qaynar və faydalı bir ömür yaşayaraq Akademiya səviyyəsinədək yüksəlmiş, öz yetirmələri və böyük elmi-təcrübi nailiyyətləri ilə şöhrət qazanmışdır.

İnanıram ki, Polis Akademiyası müstəqil Azərbaycan Respublikası üçün bundan sonra da yüksək peşə hazırlığına malik sağlam və möhkəm əqidəli, milli dövlətçiliyimizə sadiq polis zabitləri yetişdirəcəkdir. Bu yubiley münasibəti ilə Sizi salamlayır, şərəfli işinizdə uğurlar arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, “27” sentyabr 1996-cı il

№ 1/2087

Geriyə