Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı beynəlxalq elmi-praktik konfransda iştirak edib

24.10.2024
23 oktyabr 2024-cü il tarixində Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetində “Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın aktual problemləri” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilib.
Rusiya Federasiyası DİN-in xüsusi təyinatlı ali təhsil müəssisələri, dəvət əsasında mülki ali hüquq məktəblərinin professor-müəllim heyəti, həmçinin xarici ölkələrin (Belarus, Qazaxıstan Respublikası və s.) Polis Akademiyalarının müəllimlərinin yer aldığı konfransda DİN-in Polis Akademiyasını “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovniki Zaur Bağırov təmsil edib.

“Cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın aktual problemləri” mövzusu ətrafında bir sıra məruzələrin dinlənildiyi konfransda Z.Bağırov Polis Akademiyasının rəhbərliyi adından tədbir iştirakçılarına salamlarını çatdırıb, konfransın mövzusu ilə bağlı mövqeyini qısa şəkildə ifadə edib. Tədbirdə cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın aktual problemləri vurğulanaraq müxtəlif ölkələrin qanunvericiliyi ilə bu sahədə mövcud boşluqlar barədə müqayisəli təhlillər aparılıb.
Konfransda iştirak edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirərək bu əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə keçirilib.