Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Bakı şəhəri Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilən növbəti “Açıq qapı” tədbirinin qonağı olub

28.11.2024
28 noyabr 2024-cü il tarixdə DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirinin qonağı Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbin şagirdləri olmuşdur.

Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.
Məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elktron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olmuşlar. Şagirdlərə Polis Akademiyası barədə ətraflı məlumatlar yerləşdirilmiş lifletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.