Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının əməkdaşı Bakı şəhəri Xətai rayonu 48 nömrəli tam orta məktəbdə “Narkomaniya sosial bəladır”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında keçirilən maarifləndirici-profilaktik tədbirdə iştirak edib.

28.11.2024
Polis Akademiyasının əməkdaşlarının iştirakı ilə “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsinə dair” silsilə tədbirlər davam edir. 28 noyabr 2024-cü il tarixdə Xətai rayonu 48 nömrəli tam orta məktəbdə Polis Akademiyasının əməkdaşının iştirakı ilə “Narkomaniya sosial bəladır”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında növbəti maarifləndirici-profilaktik tədbir keçirib.
Tədbirdə Polis Akademiyasının “DİO-da Əməliyyat-axtarış fəliyyəti” kafedrasının müəllimi, polis polkovnik-leytenantı Natiq Hüseynov iştirak edib. Eyni zamanda, Xətai RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin baş inspektoru, 48 nömrəli tam orta məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbin digər pedaqoji heyəti və 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Tədbir zamanı “Narkomanlığın neqativ fəsadları və profilaktikası” və “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edilərək ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yolları barədə məktəblilərə məlumat çatdırılıb.
Daha sonra şagirdlərə narkotiklərin insan sağlamlığına, mənəviyyatına mənfi təsirləri, “İnternetdən təhlükəsiz istifadə” mövzusunda, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri barədə məlumat verilib. Çıxış zamanı internet vasitəsilə törədilən kibercinayətlər barədə, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alqı-satqısında internet üzərindən həyata keçirilməsini sosial-neqativ təzahürləri, eyni zamanda bu növ təhlükələrdən qorunmağın yolları barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə həmçinin Polis Akademiyasında təhsil almağın üstünlükləri, ixtisas fakültələri, akademiyanın maddi-texniki bazası, imkanlar barədə ətraflı məlumat verilib, Polis Akademiyasının yeni tədris və yataqxana kompleksi barədə məlumatları əks etdirən videoçarx təqdim edilib.
Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır. Ümumilikdə tədbir həm məktəblilər, həm də orta məktəb rəhbərliyi tərəfindən böyük maraqla qarşılanıb.