Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin Polis Akademiyasında keçirilən “Açıq qapı” tədbirlərində iştirakı davam edir

04.12.2024
4 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu 229 nömrəli tam orta məktəbin şagirdləri DİN-in Polis Akademiyasında keçirilmiş növbəti “Açıq qapı” tədbirində iştirak etmişdir.  
Məktəblilər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, mühazirə zalları, elektron kitabxana, “İnformasiya təhlükəsizliyi” fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar, kursant yeməkxanası, qapalı atıcılıq tiri və idman şəhərciyi ilə tanış olmuşlar.
Şagirdlərə Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilmiş, həmçinin, rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılmışdır.
Qonaqlara Polis Akademiyası barədə ətraflı məlumatlar yerləşdirilmiş lifletlər paylanılmış, xatirə şəkli çəkilmişdir.