Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Orxan Aslanov Polis Akademiyasında mühazirə dərsində iştirak edib

18.06.2025
18 iyun 2025-ci il tarixində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərin möhkəmləndirilməsi və peşə kompetensiyasına dair bacarığın inkişaf etdirilməsi, həmçinin gələcək xidmətə münasibətdə həvəsləndirmə və dayanıqlığın formalaşdırılmasını təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssisin iştirakı ilə mühazirə dərsi keçirilib.

“Cinayət hüququ (Xüsusi hissə)” fənni üzrə keçirilən interaktiv dərsdə qonaq qismində iştirak edən BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Orxan Aslanov “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” mövzusunda keçirilən mühazirədə kafedranın rəisi, polis polkovniki İmrəli Məmmədli ilə birgə iştirak edib. Mühazirə dərsində O.Aslanov korrupsiya cinayətləri, bu cinayətlərin tövsifi ilə bağlı praktikada yaranan problemlər və onların aradan qaldırılması yolları barədə geniş məlumatlar verib.

Keçirilən mühazirə dərsi kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar təcrübəli mütəxəssis tərəfindən cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.