Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasında “Xocalı soyqırımı”nın 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

25.02.2015
 1992-ci ilin fevral ayının 26-da bəşər tarixində analoqu olmayan xüsusi qəddarlıq və amansızlıqla törədilmiş etnik soyqırımın mənfur təzahürü kimi Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı Ümumi kitabxanada və kursların yataqxanalarında soyqırımı əks etdirən fotostendlər təşkil edilmişdir.

24.02.2015-ci il tarixdə Xəzər rayonu üzrə Yeni Azərbaycan Partiyası təşkilatının sədri Namiq Əhmədovun, Xəzər rayonu İcra hakimiyyəti başçısının müavini Arif Balayevin, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Xəzər rayonu üzrə sektor müdiri İlham Xudazadənin, Azərbaycan Dillər Universitetinin Tərcümə kafedrasının baş müəllimi, Azərbaycan Beynəlxalq Mətbuat Fondunun, Almaniya Herman Hesse Cəmiyyətinin və Yazıçılar Birliyinin üzvü, “Xocalı Soyqrımını Tanıtma İctimai Birliyi”nin sədrinin I müavini, Xocalı sakini Yusif Savalanın iştirakları ilə Polis Akademiyasında şəxsi heyətlə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Akademiya rəisi, polis general-mayoru cənab Nazim Əliyev açaraq faciənin baş verdiyi dövrdə ictimai-siyasi vəziyyətdən və nəticələri barədə məlumat çatdırıb sözü qonaqlara vermişdir.

Çıxışlarında qonaqlar İ.Xudazadə, Y.Savalan, A.Balayev və N.Əhmədov erməni vandallarının Xocalıda törətdikləri qətilamın acı nəticələri, bu faciənin Azərbaycan xalqına qarşı bir soyqırımı aktı kimi tanınması üçün beynəlxalq miqyasda hüquqi qiymət verilməsi və bu sahədə “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində bütün dünyaya Xocalı soyqırımı həqiqətlərinin çatdırılması barədə ətraflı məlumatlar vermişlər.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.