Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə ilə görüş keçirilmişdir.

11.03.2015

 11 mart 2015-ci il tarixdə Akademiyanın klubunda «DİO-da idarəetmənin təşkili və ixtisasartırma» fakültəsinin rəisi, polis polkovniki Bağban Həsənovun rəhbərliyi, professor-müəllim heyəti və müdavimlərin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2014-cü il tarixli sərəncamı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadənin görüşü təşkil olunmuşdur. 

Görüş zamanı N.Qasımzadə multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən dövlətimizin ölkəmizdə tarixən gəlmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə  yanaşı bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü qeyd edərək artıq bir sıra xarici ölkələrin, eləcə də Azərbaycanın ali təhsil müəssisələrində «Azərbaycan Multikulturalizmi» fənninin tədrisinə başlandığını iştirakçıların nəzərinə çatdırdı. Bundan sonra o, müraciəti qəbul edərək görüşün təşkil edilməsinə şərait yaradıldığına görə mərkəz adından DİN-in Polis Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirdi.