Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Respublikamizda ilk dəfə “Hüquqi şəxsin cinayət-hüquqi statusu” adli dərs vəsaiti nəşr olunub

17.05.2019
 Bu günlərdə Polis Akademiyası BDU ilə birgə növbəti layihə çərçivəsində h.e.d., professor M.Əhmədov və h.e.d., professor Ş.Səmədovanın elmi redaktorluğu ilə  Bakı Dövlət Universiteti  Hüquq fakültəsi Cinayət prosesi kafedrasının professoru, h.e.d. M.Qəfərov, Polis Akademiyasının Cinayət hüququ kafedrasının dosenti, h.ü.f.d. R.Rüstəmov və Polis Akademiyasının Elmi-tədqiqat şöbəsinin rəisi, h.ü.f.d., dosent H.Eyvazov, Bakı Dövlət Universiteti  Hüquq fakültəsi  Cinayət hüququ və kriminologiya kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru E.Muradov və Azərbaycan Elm Assosiasiyasının həmsədri, müstəqil tədqiqatçı, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində  Ədliyyə Sistemi üzrə magistr I.Şahbazovun müəllifliyi “Hüquqşünaslıq” ixtisası üzrə “Hüquqi şəxsin cinayət-hüquqi statusu” adlı dərs vəsaiti nəşr olunmuşdur.  Dərs vəsaitinə h.e.d., professor H.Qurbanov, h.e.d., professor S.Vəliyev, h.ü.f.d., dosent  İ.Məmmədli, h.ü.f.d., dosent M.Bayramova, h.ü.f.d., dosent S.Rzayeva müsbət rəy vermişlər.

Respublikamızda ilk tədqiqat işi olan dərs vəsaitində hüquqi şəxsin mülki-hüquqi statusu, beynəlxalq cinayət hüququnda və xarici ölkələrin (Fransa, Böyük Britaniya, ABŞ, Avstraliya, Hindistan və s.) cinayət hüququnda hüquqi şəxslərin cinayət məsuliyyəti institutu, eyni zamanda hüquqi şəxsin Azərbaycan Respublikasının cinayət məsuliyyəti institutunda sosial və hüquqi elementlərin qarşılıqlı əlaqəsi və cinayət hüququnda hüquqi şəxslərin məsuliyyəti problemi tədqiq edilmişdir.
Dərs vəsaiti hüquqşünaslar, hüquq-mühafizə orqanları əməkdaşları, hüquq təhsili verən ali təhsil müəssisələrinin bakalavrları, magistrləri və bu sahədə tədqiqat aparan şəxslər, habelə hüquq ictmaiyyəti üçün nəzərdə tutulmuşdur.