Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DIN-in Polis Akademiyasında “Müasir dövrdə cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

25.05.2019
 16 may 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ali təhsil müəssisələrinin tələbə və magistrantları üçün “Müasir dövrdə cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının və Polis Akademiyasının professor-müəllim heyəti, eləcə də kursant, tələbələr və magistrantları iştirak etmişdir.

        Tədbir Polis Akademiyasının rəisi, polis general-mayoru, h.ü.e.d. Nazim Əliyevin nitqi ilə başlanmış və konfransın işinə uğurlar arzu etmişdir. Konfransda ənənəvi olaraq Xəzər rayonunda yerləşən Səhiyyə Nazirliyinin 5 saylı Uşaq evindən dəvət olunmuş valideyn himayəsindən məhrum olmuş azyaşlılara konfrans iştirakçıları tərəfindən hədiyyələr təqdim edilmişdir.

        Konfrans cinayət qanunvericiliyinin aktual problemlərini özündə əks etdirən çıxışlarla davam etmişdir. Konfransda BDU-nun magistrantı X.Dadaşzadə və 2-ci kurs tələbəsi C.Abışzadə, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın magistrantı E.Tağıyeva və 3-cü kurs tələbələri L.Kərimova, F.İbrahimzadə, DGK-nin Akademiyasının 3-cü kurs tələbələri F.Camalzadə, İ.Novruzlu, C.Muxtarova, DTX-nın H.Əliyev adına Akademiyasının kursantları H.Həsənli, C.Əliyev və Polis Akademiyasının magistrantı A.Vəliyev, Tədris-metodiki şöbənin inspektoru T.Hümbətli və 3-cü kurs kursantı N.Ceyidli tezislərlə çıxış edərək müasir dövrdə cinayət qanunvericiliyinin müxtəlif institutları üzrə mövcud problemlər, onların aradan qaldırılması istiqamətində təkliflərini vermişlər.

        Sonra məruzələr ətrafında diskussiya formasında fikir mübadiləsi və müzakirələr aparılmışdır. Eyni zamanda konfransda Polis Akademiyasının və Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin birgə müəllifliyi ilə yeni nəşr edilmiş “Hüquqi şəxslərin cinayət-hüquqi məsuliyyəti” adlı dərs vəsaitinin təqdimatı keçirilmiş və vəsaitinin hüququşünaslıq ixtisası üzrə bakalavr, magistr və doktorantlar üçün əhəmiyyəti qeyd edilmişdir.
        Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmiş, eyni zamanda konfrans iştirakçıları ilə xatirə şəkli çəkilmişdir.