Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının idmançıları “Alpaqut Turan Döyüşü Sənəti” üzrə II Dünya çempionatına lisenziya qazanmışlar

24.10.2019
 19-20 oktyabr 2019-cu il tarixlərində Qazax Olimpiya İdman Kompleksində “Alpaqut Turan Döyüşü Sənəti” üzrə II Dünya çempionatına lisenziya xarakterli IV Azərbaycan Kuboku keçirilmişdir. Sözü gedən yarışda DİN-in Polis Alademiyasının “Fiziki hazırlıq” kafedrasının müəllimi, polis leytenantı Natiq Eminovun rəhbərliyi ilə əyani təhsil alan 3 nəfər kursant II kursun kursantları Məmmədov İsa və Bayramzadə Rəvan, IV kursun kursantı Çerpanov Yəhya iştirak etmişdir.

Polis leytenantı Natiq Eminov 95 kq-da 1-ci, II kurs kursantları İsa Məmmədov 55-60 kq- da 1-ci, Rəvan Bayramzadə 2-ci, IV kursun kursantı Çerpanov Yəhya 80-85 kq-da 1-ci yerlərə layiq görülərək noyabr ayında keçiriləcək II Dünya Çempionatına lisenziya qazanmışlar.