Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının futbol üzrə yığma komandası III yerə layiq görülmüşdür

24.10.2019
 Akademiyanın şəxsi heyətinin fiziki hazırlıq səviyyəsinin təkmilləşdirilməsi, idmanın kütləviliyinin artırılması, yığma komandaların yarışlarda müvəffəqiyyətli çıxışının təmin edilməsi məqsədilə Akademiyada müxtəlif idman növləri üzrə dərnəklər yaradılmışdır.
Carı ilin oktyabr ayının 14-19 tarixlərində DİN-in İdman Cəmiyyətində keçirilən “Futbol” üzrə yarışda Polis Akademiyasının yığma komandası da iştirak etmişdir. DİN-in İdman Cəmiyyətində Daxili işlər orqanları və hissələrinin 11 komandası arasında keçirilən yarışda Polis Akademiyasının yığma komandası III yerə layiq görülmüşdür.