Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının I kurs kursantlarına Konstitusiya Məhkəməsinin əməkdaşları mühazirə oxumuşlar

31.10.2019
 Konstitusiya Məhkəməsinin əməkdaşları oktyabrın 24-də Polis Akademiyasında əyani təhsil üzrə I kurs kursantlarına “Hüquq-mühafizə oraqanları” fənninin “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi” mövzusunda mühazirə oxumağa dəvət olunmuşdur.

Fənn müəllimi, Akademiyanın “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Hikmət Eyvazov qonaqları salamlayaraq, belə tədbirlərin davamlı olduğunu qeyd etməklə onları kursantlara təqdim etmiş və mövzunun aktuallığı barədə məlumat vermişdir.
 Sonra Konstitusiya Məhkəməsinin Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini, hüquq üzrə fəlsəfə doktoru İntiqam Eyvazov “Konstitusiya nəzarəti və aktuallığı barədə”, Konstitusiya Məhkəməsinin Aparatının Məhkəmə iclaslarının təşkili sektorunun məsləhətçisi Orxan Rzayev isə “Konstitusiya Məhkəməsinin təşkili, tərkibi, səlahiyyətləri” barədə geniş məlumat verdilər.

 Konstitusiya Məhkəməsinin əməkdaşları belə tədbirlərin təşkilinə görə Polis Akademiyasının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildiriblər.Tədbirdə, həmçinin Akademiyanın “Cinayət prosesi” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev və kafedranın baş müəllimi, polis mayoru Anar Mikayılov iştirak etmişlər.
Sonda kursantların sualları Konstitusiya Məhkəməsinin əməkdaşları tərəfindən cavablandırılıb.