Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

DİN-in Polis Akademiyasının nümayəndə heyəti Rusiya Federasiyası DİN-in V.Y Kikot adına Moskva Universitetində beynəlxalq elmi-praktik konfransda iştirak ediblər

04.11.2019
 Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli əməkdaşlıq çərçivəsində oktyabr ayının 29-dan 31-dək Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin V.Y. Kikot adına Moskva Universitetində "Beynəlxalq əməkdaşlıqda cinayətkarlığa qarşı mübarizənin aktual problemləri" adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər. Səfər zamanı Polis Akademiyasının rəisi və nümayəndə heyəti - Akademiya rəisinin birinci müavini, polis polkovniki Canpolad Daanov və “Kriminalistika” kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudov V.Y.Kikot adına Rusiya DİN-in Moskva Universitetinin rəisi, polis general-leytenantı İ.A.Kaliniçenko və digər rəhbər vəzifəli şəxsləri ilə görüşərək, geniş fikir mübadiləsi aparıblar.

Görüş zamanı çıxış edən İ.A.Kaliniçenko, Moskva Universitetinin Rusiya Federasiyası daxili işlər orqanları üçün yüksək ixtisaslı mütəxəssislər hazırlığının Universitetin prioritet fəaliyyət istqaməti olduğunu bildirmiş, eyni zamanda Azərbaycan - Rusiya daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılması sahəsində fəaliyyətindən bəhs edərək bu sahədə birgə əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda o, təhsil müəssisələri arasında elmi və praktiki konfransların təşkilinin mütəxəssis hazırlığına önəmli töfhələr verdiyini, təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu, ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla davam etdiyini diqqətə çatdırıb.

 Bunda sonra çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq Rusiya DİN-in V.Y.Kikot adına Moskva Universitetinin rəhbərliyinə elm və təhsil sahələrində səmərəli əməkdaşlığa görə dərin minnətdarlığını bildirib. Görüş zamanı, həmçinin birgə tədqiqatlar aparılması, professor-müəllim heyəti arasında qarşılıqlı elmi mübadilənin olması, magistrant və gənc tədqiqatçıların bir-biri ilə sıx əlaqələr qurmasını,birgə onlayn kurslar, müəllim-tələbə mübadiləsi, indeksli jurnallarda birgə məqalələrin çap olunması haqqında müzakirələr aparılıb.

Səfər zamanı nümayəndə heyəti Universitetdə yerləşən Muzeyin ekspozisiyası, Məlumat Mərkəzi, Kitabxanası, Müasir Təhsil Texnologiyaları Mərkəzi ilə tanış olublar. Akademiya rəisi, polis general-mayoru Nazim Əliyev Universitetin Fəxri qonaqlar üçün Kitabında xoş təəssüratlarını qeyd edib və sonda xatirə şəkli çəkdirilibdir.

Bundan əlavə, gələcəkdə əlaqələrin daha da möhkəmlənməsi və təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdiriləcəyi barədə müzakirələr aparılıbdır.