Ölçü:
Rəng:
Şəkillər:

Saytın əsas versiyası

Polis Akademiyasının nümayəndə heyəti Avropa Polis Kollecləri Assosiasiyası və Fransa Milli Polis Akademiyasının birgə keçirdikləri Konfrans və İdarə Heyətinin iclasında iştirak edib

18.11.2019
 Avropa Polis Kollecləri Assosiasiyası (AEPC) və Fransa Milli Polis Akademiyasının birgə təşkilatçılığı ilə 12-15 noyabr 2019-cu il tarixlərdə Fransanın Sen-Sir-O-Mon-d-Or şəhərində Avropa Polis Kollecləri Assosiasiyasının “Kütləvi qırğın” adlı mövzuda Beynəlxalq konfransın və eyni zamanda AEPC-nin İdarə Heyətinin iclası keçirilmişdir. İclasda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti də dəvət olunduğundan, həmin tədbirdə DIN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev və Beynəlxalq əməkdaşlıq qrupunun inspektoru, polis mayoru Ruslan Cəfərov da iştirak etmişlər.

Tədbirin ilk günü, nümayəndə heyəti Fransa Milli Polis Akademiyasına məxsus Qonaq evi, böyük kitabxana, idman zalları, müasir tələblərə cavab verən yeməkxana, müəllim-zabit heyəti və müdavim-dinləyicilər üçün müxtəlif tədris və təlim mərkəzləri, mühazirə zalları, müasir texnoloji mərkəzlə tanış olublar.
13 noyabr 2019-cu il tarixdə Konfransı açılış nitqi ilə Avropa Polis Kollecləri Assosiasiyasının prezidenti Norbert Laytnerin açaraq qeyd edib ki, konfransda Fransa, Almaniya, Azərbaycan, İsveç, Polşa, Portuqaliya, Norveç, Avstriya, Latviya, Belçika, Rumıniya, Ukrayna, İtaliya kimi dövlətlərin nümayəndələri iştirak edirlər.

 İdarə Heyətinin toplantısının gündəliyində duran əsas məsələ, 2020-ci ildə növbəti konfransın və AEPC-nin Baş Assambleyasının tarixlərinin və məkanının təyin olunması idi. Avropa Polis Kollecləri Assosiasiyasının növbəti toplantısının Çexiyanın Praqa şəhərində keçirilməsi qəbul olundu.

Daha sonra 2020-ci ilin qarşıdakı dövrü üçün müvafiq tədbirlərin həyata keçirilməsi müzakirə olunmuşdur.
Qeyd olunan tədbirdə nümayəndə heyətinin iştirakı ölkəmizin daxili işlər orqanlarının, eləcə də DIN-in Polis Akademiyasının nüfuzuna müsbət təsir edəcək hal kimi qarşılanıb və xarici həmkarlarla işgüzar, dostluq münasibətlərin inkişafına və təcrübə mübadiləsinə əlverişli şərait yaratmışdır.